Aprelin 27-si Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankın məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7025 səviyyəsində formalaşıb.
Bu gün, aprelin 27-də də elə rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.7025 manata bərabər olmuşdu.
Son iki ayda manat dollara nisbətən dəyər qazanırdı. Yalnız bundan əvvəlki, aprelin 25-də keçirilən hərracda dollar cüzi bahalaşmışdı.
Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda əslində məzənnə inzibati qaydada müəyyən edilir.