NATO-nun Əfqanıstanda həyata keçirdiyi «Qətiyyətli Dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin bir qrupu vətənlərinə qayıdıb.
Xəbəri Müdafiə Nazirliyi yayıb.
Nazirlik bildirir ki, 54 nəfərdən ibarət qrup plana uyğun olaraq rotasiya qaydasında Bakıya dönüb.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan ordusunun 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.