İranda saxlanmış iki iranlı amerikalının yaxını Tehranın Evin həbsxanasında səhhətlərinin pisləşdiyini deyir və ABŞ prezidenti Donald Trump-ı çağırır ki, azadlığa çıxmaqlarından ötrü çalışsın.
Siamak Namazi atası Baquer Namazi ilə birlikdə ötən il 10 illik həbsə məhkum ediliblər. Onlar «düşmən dövlət olan Birləşmiş Ştatlarla gizli sövdələşmə»də təqsirli biliniblər.
O vaxtdan Babak Namazi atasını və qardaşının buraxılmasına çalışır. O, ittihamların saxta olduğunu, yaxınlarının ABŞ-a təzyiq məqsədiylə saxlandığını deyir.
Namazi aprelin 25-də deyib ki, prezidentin onun yaxınlarının həyatlarından ötrü şəxsən məsuliyyət götürəcəyinə inanır. Namazi yada salır ki, Trump İranın amerikalıları girov götürməsinə imkan verməyəcəyini söyləyib.
Namazi ailəsi 1979-cu il islam inqilabından sonra İrandan qaçıb, amma bu ölkəylə biznes əlaqələrini saxlayıb. Siamak Namazi 2015-ci ilin sonunda saxlanıb. Daha öncə sərt xətt tərəfdarları onun İran-ABŞ münasibətlərinin yaxşılaşdırılmasına çağıran fikirlərini tənqid edirdilər.
80 yaşlı atası isə UNICEF-in keçmiş təmsilçisidir. O, oğlunun buraxılmasından ötrü İrana gəlincə həbsə atılıb.