Natiq Əliyev ABŞ-a gedir

Natiq Əliyev

Azərbaycanın energetika naziri Natiq Əliyev ABŞ-a səfər edəcək.

Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Əliyev mayın 1-dən 4-dək Texas ştatının Hyuston şəhərində keçiriləcək neft və qaz sənayesi üzrə Dənizdə Texnologiyalar Konfransında iştirak edəcək.

Konfransda N.Əliyevin Azərbaycanın neft-qaz sahəsində nailiyyətləri, Xəzərin enerji resursları, enerji mərkəzi kimi imkanları və dənizdə neft yataqlarının işlənməsində tətbiq edilən texnologiyalar barədə çıxışı nəzərdə tutulub.

120 ölkəni təmsil edən 2 min 400-ə qədər iştirakçının qatılacağı bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları bir platforma sayılır.