Keçmiş prezident Obama ilk çıxışını edəcək

B.Obama

ABŞ-ın keçmiş prezidenti Barack Obama bu vəzifədən gedəndən sonra ilk çıxışını edəcək. O, aprelin 24-də, siyasi karyerasına başladığı Çikaqoda danışacaq.

Çikaqonun meri Rahm Emanuel aprelin 23-də deyib ki, Obama-nın prezident kimi son və eks-prezident kimi ilk çıxışı üçün bu şəhəri seçməsindən qürur duyur.

Rahm Obama-nın Ağ evdə işlər idarəsinin ilk rəhbəri olub.

Obama-nın keçmiş baş müşaviri David Axelrod deyib ki, keçmiş prezidentin gözlənən çıxışı «onun daha aydın şəkildə irəliyə getməsinin» əlamətidir.

Keçmiş prezident Çikaqo Universitetində gənc icma liderləri və təşkilatçıları qarşısında çıxış edəcək. Burada onun prezident kitabxanası da yaradılacaq.