Kral Salman-ın oğlu ABŞ-a səfir təyin olunub

Səudiyyə kralı Salman bin Abdulaziz

Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlardakı səfirini dəyişib. Kral Salmanın oğlu, Şahzadə Khaled bin Salman bin Abdulaziz səfir təyin olunub.

Bu barədə aprelin 22-də rəsmi Səudiyyə Xəbər Agentliyi məlumat yayıb.

Daha öncə səfir Şahzadə Abdullah bin Faisal bin Turki idi.

Buna da bax:​ ABŞ və Səudiyyə Ərəbistanı 'azad zona' məsələsində razılaşıblar

Yeni səfir F-15 qırıcı təyyarələrinin pilotudur, ABŞ-da təlim görüb, Suriyadakı İslam Dövləti (İŞİD) yaraqlılarının vurulmasında iştirak edib.

Səudiyyə Ərəbistanı onu da elan edib ki, kralın digər oğlu Şahzadə Abdulaziz bin Salman enerji məsələləri üzrə dövlət naziri təyin olunub.

Buna da bax: Qlobal spam şəbəkəsi qurana ittihamlar verilib

Kommunikasiya və informasiya texnologiyası naziri Muhammad al-Suwaiyel-i isə Abdullah al-Swaha əvəzləyib.

Kral Salman dövlət qulluqçuları və hərbçilərə maliyyə yardımlarını da bərpa edib.