İki həftə öncə futbolçuları aparan avtobusa bomba hücumuna görə Almaniya və Rusiya vətəndaşlığı olan bir nəfər saxlanıb. Məlumatı Almaniya rəsmiləri verib.
28 yaşlı şübhəli Sergej W.-nin aprelin 21-də ölkənin cənub-qərbindəki Tübingen şəhəri yaxınlığında saxlandığı bildirilir. Ona qarşı qətl, partlayış törətmə, ağır bədən xəsarəti yetirmə ittihamları irəli sürülüb.
Aprelin 11-də Dortmund şəhəri yaxınlığında «Borussia Dortmund» komandasının avtobusu yaxınlığında 3 bomba partladılıb, bir futbolçu və bir polis işçisi yaralanıb.
Komanda Çempionlar Liqası çərçivəsində oyuna, stadiona gedirdi.