Hərəkat nazirliklə məhkəmədə qarşılaşacaq

Qubad İbadoğlu

1 saylı Bakı İqtisadi Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) qeydiyyatla bağlı Ədliyyə Nazirliyindən verdiyi şikayəti icraata götürüb.

Hərəkatdan verilən xəbərə görə, şikayətə mayın 2-də baxılması gözlənilir.

ADR-i 2014-cü ilin dekabrında iqtisadçı Qubad İbadoğlu və onunla birgə Müsavat Partiyasından ayrılan tərəfdarları təsis edib.

Hərəkat təsis olunduqdan sonra dövlət qeydiyyatına alınmaqdan ötrü Ədliyyə Nazirliyinə dəfələrlə müraciət edib. Ancaq müraciətlər müsbət nəticə verməyib. Hərəkat rəhbərliyi də bundan irəli gələrək, Ədliyyə Nazirliyini məhkəməyə verib.