OPEK təşkilatına daxil olan neft ölkələri hasilatın azaldılması ilə bağlı razılşamanın müddətini uzadmaq razılığına gəliblər.
RİA Novostinin məlumatına görə, bunu aprelin 20-də Abu-Dabidə keçirilən forumda Səudiyyə Ərəbistanının energetika naziri Khalid al Falikh deyib.
Amma mənbənin məlumatına görə, toplantıda üzv ölkələrin hamısı iştirak etməyib.
OPEK 2016-cı il noyabrın 30-da gündəlik hasilatı 1,2 milyon barel azaltmaq razılığına gəlib.
Həmçinin Azərbaycan və Rusiya da daxil olmaqla OPEK təşkilatına daxil olmayan ölkələr dekabrın 10-da gündəlik hasilatı 558 min barel azaltmaq razılığına gəliblər və 2017-ci ilin ilk yarısında uzadılmaq imkanı ilə belə bir razılaşma imzalanıb.