Serena Williams hamilədir

Serena Williams

Tennis ulduzu Serena Williams hamilədir və bu payız övladını dünyaya gətirəcək. Bu məlumatı idmançının sözçüsü təsdiqləyib.

Bu, 35 yaşlı tennis ulduzunun ilk övladı olacaq.

Aprelin 19-da Williams «Snapchat»a güzgü qarşısında fotosunu qoyub və «20 həftə» yazıb. Daha sonra postu silib.

Bu o deməkdir ki, amerikalı oyunçu yanvarda Avstraliyada 23-cü «Grand Slam» titulunu qazananda iki aylıq hamilə imiş.

Williams dekabrda deyirdi ki, «Reddit» xəbər və mesajlaşma saytının yaradıcısı Alexis Ohanian-la nişanlanıb.

Görünür, o, mövsümün qalan oyunlarına qatıla bilməyəcək.