26 dərəcə isti gözlənir

Günəş

Aprelin 18-i Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 8-12, gündüz 18-23, Bakıda gecə 9-11, gündüz 20-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Gecə 7-12, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti təxmin edilir.