Türkiyədə ölüm hökmü bərpa oluna bilər.
“Hurriyet” qəzetinin yazdığına görə, bunu ölkə prezidenti Racep Tayyip Erdogan bəyan edib.
Erdogan hesab edir ki, aprelin 16-da keçiriləcək referendumda konstitusiya düzəlişləri qəbul olunsa, hökumət ölüm hökmünün bərpası ilə bağlı qanun layihəsi təqdim etməlidir.
Türkiyədə ölüm hökmü 2004-cü ildə ləğv edilib.
Bu, ölkənin Avropa Birliyinə qəbulu ilə bağlı islahatlar çərçivəsində edilib.
2016-cı il 15 iyul qiyam cəhdindən sonra ölüm hökmünün bərpası yenidən gündəmə gəlib.
Erdogan hesab edir ki, konstitusiya islahatları indiki qeyri-sakit bir dövrdə ölkədə sabitliyin qorunmasına xidmət edəcək.
Amma tənqidçilər deyir ki, konstitusiya düzəlişləri qəbul edilsə hakimiyyət bir nəfərin əlində cəmləşəcək və ölkədə avtoritar rejim qurulacaq.