Dollar hərracda yenə cüzi ucuzlaşdı

Dollar

Bu gün, aprelin 13-ü Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankın bildirməsinə görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7026 səviyyəsində formalaşıb.

Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, aprelin 13-də 1 ABŞ dolları 1.7029 manata bərabər olmuşdu.

Son hərraclarda manat, az da olsa, dollara nisbətən möhkəmlənir.

Bəzi iqtisadçılar isə hesab edirlər ki, Azərbaycanda manatın möhkəmlənməsindən ötrü iqtisadi əsaslar yoxdur. Onların fikrincə, əslində, məzənnə inzibati qaydada formalaşır.