Azərbaycan Silahlı Qüvvələrinin 54 hərbi qulluqçusu NATO-nun «Qətiyyətli dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərməkdən ötrü aprelin 12-də Əfqanıstana yola salınıb.
Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Nazirlik bildirir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
NATO-nun «Qətiyyətli dəstək» missiyası isə 2015-ci ilin yanvarından həyata keçirilir.