Azərbaycan və Polşa birbaşa uçuşları müzakirə edir

Varşava aeroportu

Azərbaycan və Polşa bir-birləri arasında birbaşa uçuşların həyata keçirilməsi məsələsini müzakirə edirlər.

Bu gün, aprelin 11-də Varşavada Azərbaycan və Polşa xarici işlər nazirləri – Elmar Məmmədyarov və Witold Waszczykowski arasında danışıqlarda bu mövzuya toxunulub.

Bu haqda Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti xəbər verir.

Bundan başqa, tərəflər iki ölkə arasında müdafiə sənayesi və dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsindən bəhs ediblər.

Xarici işlər naziri Elmar Məmmədyarov dünən, aprelin 10-u Polşaya gedib

Bu rəsmi səfər çərçivəsində E.Məmmədyarov aprelin 12-də Varşavada keçiriləcək Vışeqrad qrupu və «Şərq Tərəfdaşlığı» ölkələrinin xarici işlər nazirlərinin iclasında da iştirak etməsi gözlənir.

Vışeqrad qrupu və «Şərq Tərəfdaşlığı» ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində nazir E.Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı da nəzərdə tutulur.

Vışeqrad qrupu Çexiya Respublikası, Macarıstan, Polşa və Slovakiyanın 2004-cü ildə yaratdığı qurumdur.

«Şərq Tərəfdaşlığı» Proqramına isə 6 ölkə-Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.