G7 nazirləri Suriya toplantısı keçirir

Sammit

Aprelin 11-fə Böyük Yeddiliyin (G7) xarici işlər nazirləri Yaxın Şərq müttəfiqləri ilə birlikdə Suriya toplantısı keçirir. Məqsəd Suriya prezidenti Bashar al-Assad-ı təcrid etməkdir. Bu toplantıdan bir neçə saat sonra isə ABŞ dövlət katibi Rex Tillerson Moskvaya uçur. Rusiya Assad hökumətini dəstəkləyir.

G7 nazirləri İtaliyanın Lukka şəhərinə yığışır. Onlara Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Qətərdən həmkarları qoşulur. Bu ölkələr Assad-a qarşı çıxır.

Hazırda Rusiyaya təzyiq göstərilir ki, Assad-la əlaqələri kəssin. Assad-ın üsyançıların əlində olan şəhərə kimyəvi qaz buraxdığı bildirilir.

Britaniya və Kanadanın mövqeyincə, Kreml Assad hökumətini dəstəkləməyə davam etsə, Rusiyaya sanksiyalar sərtləşdirilməlidir.