Türkiyədə hava şarı qəzaya uğrayıb, ölən və yaralananlar var

Foto arxiv

Türkiyədə turistlərlə dolu hava şarının qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 20 nəfərsə yaralanıb.

Bu barədə aprelin 9-da “Hürriyet” qəzeti məlumat yayıb.

Ölən turist Fransa vətəndaşıdır.

Hava şarında Fransa, Kolumbiya və türkiyəli turistlər olub.

İnsident Kappodokiya vilayətindəki Nevşehr şəhərində baş verib.

Xəsarət alanlar xəstəxanaya götürülüblər.

Kappodokiya Ankaranın 250 kilometrliyində yerləşir və YUNESKO-nun ümumdünya irsinə daxildir.

Bu, Kappodokiyada baş verən ilk belə qəza deyil.