Rusiyanın “Admiral Grigoroviç” hərbi gəmisi Rusiya hərbi dəniz donanmasının Aralıq dənizindəki daimi qruplaşmasına qoşulub və hərbi tapşırıqığı yerinə yetirməyə hazırdır.
Bu barədə aprelin 8-də “Rossiyskaya Qazeta” Qara dəniz donanması informasiya şöbəsinin rəisi Vyaçeslav Truxaçevə istinadla məlumat yayıb.
Bu gəmi aprelin 3-5-də Rusiya-Türkiyə təlimində də iştirak edib.
Xatırladqaq ki, aprelin 8-də Rusiyanın “ Admiral Grigorobiç” gəmisinin Aralıq dənizinə yollanması və Suriyanın Tartuse maaddi-texniki təminat məntəqəsinə yan alacağı barədə məlumat verilmişdi.
Bu gəmidə qanadlı raketlər olduğu bildirilir.
Onu da qeyd edək ki, bu ABŞ-ın aprelin 6-dan 7-nə keçən gecə Suriyadakı hərbi-hava bazasına raket zərbələri endirməsindən sonraya təsadüf edir.
ABŞ rəsmilər raket zərbələrinin Suriyada dinc əhaliyə qarşı kimyəvi hücuma cavab olduğunu deyirlər.