Avropa Birliyi ilə danışıqların yeni mərhələsi

Azərbaycan-AB

«Azərbaycan və Avropa Birliyi (AB) arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar yaxın həftələrdə başlayacaq».

Bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard bildirib.

M.Mard-ın deməsinə görə, bu danışıqlar çox güman ki, Bakıda keçiriləcək.

Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqda sazişi 1996-cı ildə imzalayıb. Həmin saziş 1999-cu ildə ratifikasiya edilib və qüvvədədir.

2004-cü ildən Azərbaycan «Şərq Tərəfdaşlığı» Proqramında yer alıb. Bu proqrama Azərbaycandan əlavə, daha 5 postsovet ölkəsi olan Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxildir. Bu ölkələrdən Ukrayna, Moldova, Gürcüstan 2014-cü ildə Avropa Birliyi ilə assosiativ üzvlüyə dair saziş imzalayıb.

Azərbaycan isə bu sənəddən fərqli, strateji əməkdaşlıq barədə ikitərəfli saziş imzalanmasını təklif edib.

Bu danışıqların ilkin mərhələsi bu ilin əvvəlində keçirilib. Tərəflərin bildirdiyinə görə, danışıqlar, hələlik, texniki xarakter daşıyıb.