Xəzərdən naməlum kişi meyiti tapılıb

Xəzər

Xəzərdə naməlum kişi meyiti tapılıb.

Bu barədə bu gün, aprelin 6-sı Xəzərdə tikin düşən neftçilərin axtarışı ilə bağlı yaradılmış Qərargah məlumat yayıb.

«Meyitin həmin fəhlələrdən biri olub-olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyən olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək», - deyə Qərargahdan bildirilib.

2016-cı il dekabrın 15-i səhər saatlarında güclü külək nəticəsində N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının dənizə uçması nəticəsində 10 neftçi itkin düşüb. Həmin gün bir, daha sonra isə 4 neftçinin meyiti tapılaraq ailəsinə təhvil verilib. Qalan neftçilər, hələ də rəsmən itkin sayılır.