Polşa ABŞ-dan qaz almaq istəyir

Mateusz Morawiecki

Polşa baş nazirinin müavini ölkəsinin Rusiyadan qaz asılılığını azaltmağın yollarını axtarır. Bunun bir yolu Birləşmiş Ştatlardan maye qaz almaqdır.

Həm də Polşanın iqtisadi inkişaf naziri olan Mateusz Morawiecki bu həftə Birləşmiş Ştatlara səfərində ABŞ-ın energetika naziri Rick Perry ilə görüşüb, bu ölkədən qaz almağı götür-qoy edib. O, jurnalistlərə «xeyli müsbət cavab» aldığını, Perry ilə anlaşma əldə etdiyini söyləyib.

NATO üzvü olan Polşa istehlak etdiyi qazın 2/3-sini Rusiyadan alır və bu səbəbdən alternativ mənbələr tapmağa çalışır.

ABŞ-dan qaz alışı Polşanın enerji təchizatını şaxələndirmiş, həm də enerji təhlükəsizliyini artırmış olar.

Polşa ötən il Qara dənizdə maye təbii qaz terminalı açıb. Morawiecki deyib ki, hazırda ABŞ-ın Texas ştatının qazı Polşanın Əlcəzair, yaxud Qətərdən ala biləcəyi maye qazdan daha bahadır, amma o, qiymətdə razılığa gələ biləcəklərinə inanır.