Avropa Birliyi: "Ermənistandakı seçki xalqın iradəsini əks etdirir, amma etibar doğurmur"

Foto arxiv

Avropa Birliyi hesab edir ki, Ermənistanda keçirilən parlament seçkisisi xalqın istəyini əks etdirir.

Bəyanata görə seçki yaxşı təşkil edilib və ümumilikdə əsas azadlıqlara əməl olunub.

Bunu aprelin 4-də AzadlıqRadiosunun Ermənistan xidməti yazır.

Amma Avropa Birliyinin bəyanatında eyni zamanda qeyd edilir ki, səslərin alınması, seçki vaxtı dövlət qulluqçuları və özəl şirkətlərin rəhbərlərinə təzyiqlər barədə etibarlı məlumatlar, seçkini kölgə altında qoyur, ona ictimai inam və etibarsızızlığı dərinləşdirir.

Məlumatda bildirilir ki, beynəlxalq və yerli müşahidəçilərin seçkini izləməsinə yaxşı şərait yaradılsa da beynəlxalq qeyri-hökumət təşkilatları seçkini izləməyə dəvət olunmayıblar ki, bu ATƏT-in 1990-cı il Kopenhagen sənədinə ziddir.

Qeyd edək ki, aprelin 2-də Ermənistanda keçirilən parlament seçkisində prezident Serzh Sarkisianın “Respublika” partiyası 49 faizdən çoz səs toplayıb.

Əsas müxalifət hesab olunan “Ohanyan-Raffi-Oskanyan” bloku isə parlamentə düşə bilməyib.

Qeyd edək ki, Ermənistan bu seçki ilə Parlament idarəçiliyinə keçib. Bundan sonra əsas səlahiyyətlər parlamentlə prezidentdə olacaq.

Prezidenti isə əvvəlki kimi xalq yox, parlament seçəcək.

İndiki prezidentin səlahiyyətləri 2018-ci ildə bitir.