Rusiya prezidenti Vladimir Putin ordunun sayını artırıb.
Bu barədə martın 29-da RİA Novosti agentliyi məlumat yayıb.
Prezidentin fərmanına əsasən orduda hərbi qulluqçuların sayı ümumlikdə 2017-ci il iyulun 1-də 1 milyon 903 min 51 nəfər olmalıdır.
2016-cı ilin iyulunda orduda hərbi qulluqçuların sayı ümumilikdə 1 milyon 885 min 371 nəfər müəyyən edilmişdi.
Yeni fərman martın 28-dən qüvvəyə minib.