Yasamalda yaşayış binasındakı yanğın söndürülüb [yenilənib]

Yanğın (arxiv fotosu).

Bu gün, martın 28-i Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Buna da bax:​ Yasamalda yanğın

Məlumatda qeyd edilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.

“Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək” - deyə nazirlik qeyd edir.

* * *

Buna da bax:​ Yanan bina işi: Neftə hopdurulmuş kəndirlə binanı kim yandırmaq istəyib?

Yanğının söndürüldüyü bildirilir

Bakının Yasamal rayonunda yanğın baş verən binada Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı bildirilir. Yanğının 10 saylı binanın 9-cu mərtəbəsində mənzillərdən birində baş verdiyi qeyd edilir.

Yanğının, artıq söndürüldüyü bildirilir. Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

* * *

Buna da bax: Yanan bina işi: 'Yanğına o zibil səbəb oldu'

Fövqəladə Hallar nazirliyi Yasamal rayonunda yaşayış binasında baş verən yanğınla bağlı əlavə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, vətəndaşa məxsus ümumi sahəsi 81 kvadratmetr olan 3 otaqlı mənzilin 2 otağının, dəhlizinin yanar konstruksiyaları 50 kvadratmetr və dam örtüyü 80 kvadratmetr sahədə yanıb. Qonşu mənzillər və mansardın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:21 radələrində söndürülüb.

Ölüm və xəsarət haqda hər hansı bilgi verilmir.