Martın 28-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7220 səviyyəsində formalaşıb.
Bu gün, martın 28-i rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.7201 manata bərabər olmuşdu.
Son hərraclarda bunun əksinə, manat dollara nisbətən dəyər qazanırdı.
Bir çox ekspertlər bunu manatın inzibati qaydada möhkəmləndirilməsi hesab edirdilər.