İlham Əliyev Saatlıda

İlham Əliyev

Prezident İlham Əliyev martın 28-də Saatlı rayonuna səfər edib.

Bu barədə AZƏRTAC xəbər yayıb.

Xəbərə görə, dövlət başçısı əvvəlcə keçmiş prezident Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov prezidentə abidənin yerləşdiyi ərazidə görülən abadlıq işləri barədə məlumat verib.

Bundan başqa, Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

İ.Əliyev yolun açılışında iştirak edib.