ABŞ Navalny-nın saxlanmasını pisləyir

Sizin brauzer HTML5-i dəstəkləmir

Medvedevin əmlakı haqda film Rusiyada aksiyalara səbəb oldu

Birləşmiş Ştatlar Rusiyada yüzlərlə etirazçının həbsini pisləyib, antikorrupsiya fəalı Aleksei Navalny-nin saxlanmasından «narahat» olduğunu bildirib.

«Rusiya hökumətini dinc etirazçıların hamısını dərhal buraxmağa çağırırıq», – Dövlət Departamentinin sözçüsü Mark Toner martın 26-da yaydığı bəyanatda deyir. «Dinc etirazçıların, insan haqları müşahidəçilərinin, jurnalistlərin həbsi özək demokratik dəyərlərə ziddir», – Toner söyləyib.

Bazar günü minlərlə insan Rusiyada küçələrə çıxıb. Polis Navalny-nı və yüzlərlə etirazçını saxlayıb. Navalny tərəfdarlarını aksiyanı davam etdirməyə səsləyib.

Aleksei Navalny 2013-cü ildə Moskvada mer seçkilərində iştirak edib, 2018-ci il prezident seçkilərinə də qatılmaq niyyətini açıqlayıb.

Onun martın 27-də məhkəmə qarşısına çıxarılacağı bildirilir.