Türkiyənin NATO üzvü olmasına baxmayaraq, Rusiya bu ölkəni S-400 havadan müdafiə sistemləriylə təchiz etməkdən ötrü danışıqlar aparır. Bunu Kremlin hərbi məsələlər üzrə köməkçisi Vladimir Kozhin martın 23-də «Rossiya-24» televiziyasına deyib. O söyləyib ki, Türkiyə bu sistemləri almağa çox maraqlıdır.
Kozhin-in deməsinə görə, Rusiya NATO üzvünə həmin sistemləri satmaq istəyir, çünki bu onun intellektual mülkiyyət hüquqlarını möhkəmləndirmiş olur. Üstəlik, S-400 daha köhnə modeldir və tezliklə yenisi gəlir.
«Bir neçə ilə S-500 kompleksləri Rusiya ordusuna veriləcək», – o deyib.
Kozhin-in sözlərinə görə, ABŞ və Avropa Birliyinin sanksiyaları Rusiya silahlarının satışına böyük təsir göstərməyib və yaxşı qiymətə təklif olunduğundan, bütün dünyada onlara tələbat var.
Kozhin onu da bildirib ki, 2014-cü ildən bəri Rusiyanın Ukrayna istehsalı olan silah hissələrindən asılılığı azalıb. O, özəlliklə Ukraynanın rus vertolyotları və donanma gəmiləri üçün hazırladığı mühərrikləri vurğulayıb.