İŞİD London hücumunu öz boynuna götürdü

Londonun Westminster körpüsü terrordan sonra, 23mart2017

Londonda parlament binası yaxınlığında terror hücumunu gerçəkləşdirən britaniyalı “İslam Dövləti” (İŞİD) silahlı qruplaşmasının “əsgər”i olub.

Bunu ekstremist qruplaşma martın 23-də, qeyri-rəsmi Amaq xəbər agentliyi vasitəsilə bildirib.

Buna da bax:​ Londonda terror hücumunda 5 nəfər ölüb - VİDEO

Həmin hücumda bir nəfər polis zabitini bıçaqlayıb, daha sonra maşını Vestminister körpüsü üzərindəki piyadaların üstünə sürüb. Polis hücum edəni güllələyib. Polis nəfəri, hücum edən şəxs və daha 2 nəfər həlak olub, 40 nəfər yaralanıb.

Hələlik şübhəlinin adı açıqlanmayıb.

Buna da bax: 7 adam həbs olundu və London hücumunun videosu yayıldı

Britaniyanın baş naziri Theresa May martın 23-də parlamentdə çıxışında deyib ki, bu terror hücumu demokratiyanı susdurmaq məqsədi güdür. “Amma biz qorxmuruq və terror dalğası qarşısında heç vaxt tərəddüd etməyəcəyik”, – May bildirib.