Şair Aqşin Yenisey Mövlud Mövludun adına ədəbi mükafat təsis etdiyini bildirib

Şair Aqşin Yenisey.

Hazırda Türkiyədə yaşayan şair Aqşin Yenisey martın 16-da intihar etmiş gənc yazar Mövlud Mövludun adına illik şəxsi ədəbi mükafat təsis etdiyini bildirib. Bu haqda o, sosial şəbəkədəki səhifəsində bildirib:

“Dostlar, gənc yazıçı Mövlud Mövludun intiharı hamımızı sarsıdıb. Bu intihar onu göstərir ki, yaradıcı gəncliyin qayğıya, diqqətə ehtiyacı var. Sadəcə, yazı yazmağın, fikir bildirməyin bizi sabah bu ehtiyac qarşısında belə bədbəxt hadisələrdən sığortalayacağına inanmaq sadəlövhlük olardı. Hər kəs nəsə etməlidir. Oturdum düşündüm və gücüm çatan bir qərara gəldim ki, Mövludu qoruya bilməsək də, onun həmyaşıdı olan 28 yaşınadək gənc yazarlar üçün hər il öz qonorarım hesabına Mövlud Mövludun adını daşıyan illik şəxsi ədəbi mükafat təsis edim. Mükafatlar simvolik olaraq belə olacaq:

1. İlin ən yaxşı hekayəsi – 300 azn (Bir aylıq kirayə pulu)

2. İlin ən yaxşı şeri – 200 azn (Bir aylıq kommunal xərclərin pulu)

3. İlin ən yaxşı publisistik yazısı – 100 azn (Bir aylıq yolpulu)

Şair Aqşin Yenisey həmçinin Mövlud Mövludun adına təsis etdiyi mükafatın hər il yazarın ad günündə təqdim ediləcəyini bildirib.