"Kubinka" yavaş- yavaş sökülür

Evlər o qədər sıx tikilib və oynamağa meydança  olmadığından uşaqlar avtomobil yolunda oynayırlar

Məhəllə sakinləri deyir ki, Kubinkada elə adamlar olub ki, adları ilə məşhur olub. "777" adı da üç qardaşın birliyini göstərir bu məhəllədə

"Taxi Jeri" yazılı divarın qarşısı məhəllədəki taksi sürücülərinin dayanacağıdır.

Məcid Soltanov 64 yaşındadır, 47 ildir tokarlıqla məşğuldur. Əvvəllər Kubinkada yaşasa da sonra köçməli olur burdan.

Elşad Eyvazovun 27 yaşı var 14 yaşından atasının yanında qalayçılığı öyrənməyə başlayıb.

"Kubinka"nın hündürmərtəbəli binadan görünüşü

Məşədi Dadaş məscidinin qarşısında oturub nəzir yığdığını deyən məhəllə sakini.

Yeni binaları tikildikcə köhnə evləri sıxılıb bir kənara qısılan adamlara oxşadırlar məhəllə sakinləri

Zaur Umarov bu məhəllədə doğulub, burada böyüyüb. Məhəllədə ona "komendant" deyirlər

"Kubinka uşaqları" daha çox işsizlikdən şikayətlənirlər
 

Kubinkada yaşayanlar əvvəllər burada daha isti qonşuluq, mehribançılıq olduğunu deyirlər. İndi isə köhnə sakinlərin çoxu köçüb.

Kubinkada yaşayanlar neçə illərdir buranın söküləcəyini eşidir və hələ ki, kiçik ərazidəki tikintilər istisna olmaqla real bir işin olmadığını deyirlər.

Bakıda indi bu cür arxitekturalı evlər Kubinka kimi köhnə məhəllələrdə qalıb. Bunları isə yavaş-yavaş söküb yerinə ya park salırlar, ya da bina tikirlər.

Uzun illərdir burada yaşayan Məcid Soltanov deyir, məhəllədəki evlərin evlərin yaşı 100 ildən çoxdur, təhlükəli durumdadır.
 

Son illər aparılan söküntü işləri dam ütsə damları olan, iç-içə qapıları ilə dolanbac yaradan, pəncərə qonşusu olan bu evlərin də sonunu yaxınlaşdırır

Başqa köhnə məhəllələr kimi Kubinka da söküldükcə yerində hündürmərtəbəli binalar tikilir