Türkiyə Krımın ilhaqını pislədi

Ukrayna prezidenti Petro Poroshenko və Türkiyə prezidenti Recep Tayyip, Ankara, 9 mart, 2016

Türkiyənin xarici işlər nazirliyi Rusiyanın Krımı ilhaq etməsini pisləyib və Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

Nazirliyin saytında Krımın ilhaqından 3 il keçməsi ilə bağlı yerləşdirilən bəyanatda belə deyilir.

Ankara bildirir ki, yarımadada yaşayan tatarların hüquqlarının qorunmasına çalışmaqda davam edəcək.

Rusiya Krımı 2014-cü ilin martında özünə birləşdirib.

Dünyanın əksər ölkələri, o cümlədən Türkiyə bunu qanunsuz sayır.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bu ilin yanvarında demişdi ki, Rusiya ilə münasibətlərin yaxşılaşmasına baxmayaraq Türkiyə Krımla bağlı mövqyini dəyişməyəcək.