Berlinin Tegel və Şenefeld hava limanlarının işçiləri martın 13-də yenidən 25 saatlıq tətil elan ediblər.
TASS-ın məlumastına görə, bunu “Verdi” həmkarlar ittifaqı bəyan edib.
Həmkarlar ittifaqı hava limanında çalışan işçilərə saatlıq əməkhaqqının orta hesabla 11 avrodan 12 avroya qaldırılmasını tələb edir.
Bu hava limanlarında ümumilikdə 2 min adam çalışır.
Məsələ ilə bağlı indiyədək bir neçə dəfə danışıqlar aparılsa da bu heç bir nəticə verməyib.
Həmkarlar ittifaqının nümayəndəsi Andreas Shplaneman-ın sözlərinə görə, rəhbərlikdən yeni təklif gəlmədiyindən, onlaryenidən tətil elan etmək qərarına gəliblər.
Ötən cümə günü eyni səbəbdən Berlin hava limanlarında 659 reys təxirə salınmışdı.