Banklar dollar satışını 3 dəfə azaldıb

Exchange

Bu ilin yanvarında Azərbaycan bankları 121.52 milyon dollar satıblar.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında qeyd olunur.

Hesabata görə, əvvəlki aylarla nisbətdə dollar satışı 11.7 faiz, 2016-cı ilin yanvar ilə müqayisədə isə 3.2 dəfə azalıb.

2017-ci ilin yanvarında banklar 58.24 milyon dollar alıblar. Bu göstərici də 2016-cı ilin dekabrından 2 dəfə, ötən ilin yanvarından isə 3.8 dəfə azdır.