İlham Əliyev Fransadadır

İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev martın 12-də Fransa Respublikasına rəsmi səfər edib. Bu səfər çərçivəsində prezidentin fransalı həmkarı F.Hollande və bir sıra rəsmiləri ilə görüşəcəyi gözlənilir.

Həmin görüşlərdə iqtisadi, enerji, Avropa Birliyi çərçivəsində əməkdaşlığın perspektivləri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilməlidir.