Türkiyə Krımdan ticarət gəmilərinin gəlməsini dayandırı

Krım

Türkiyə Rusiyanın anneksiya etdiyi Krımdan ticarət gəmilərinin qəbulunu dayandırıb. Ancaq bunun səbəbləri açıqlanmır.

Türkiyə mediasının məlumatına görə, son iki həftədir ki, Ankara Krımdan ticarət gəmilərinin qəbulundan imtina edir.

Krım Türkiyədən meyvə-tərəvəz alırdı. İndi isə Türkiyənin Krıma ixracı dayandırılır.

Krımla Türkiyə arasında ticarət gəmilərinin hərəkəti 2015-ci ildə Rusiyanın qırıcı təyyarəsi ilə bağlı baş vermiş insidentdən sonra dayandırılmışdı. Ötən ilin payızında ticarət gəmilərinin fəaliyyəti bərpa edilmişdi.

Rusiya 2014-cü ilin martında Krımı anneksiya edib. Dünyanın bir çox ölkəsi və BMT hesab edir ki, bu, qeyri-qanunidir. Türkiyə də Krımı Rusiyanın bir hissəsi kimi tanımayıb. Hətta ölkənin xarici işlər naziri Mevlut Çavuşöğlu yanvarda bəyan etmişdi ki, Rusiya ilə münasibətlərin yaxşılaşmasına baxmayaraq, Ankara bu məsələyə münasibətini dəyişməyəcək.