Martın 9-u Bakıda və Abşeron yarımadasında havanın buludlu, əsasən yağmursuz olacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 3-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da yağıntı gözlənilmir. Gecə və səhər bəzi yerlərdə duman olacağı bildirilir. Gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti təxmin edilir.