Bu gün Yel çərşənbəsidir

Səməni

Martın 7-i Novruzun üçüncü – Yel çərşənbəsidir.

Yel çərşənbəsi xalq arasında «Külək oyadan», «Küləkli çərşənbə» kimi tanınır. İnama görə, bu çərşənbədə yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq mərhələsidir. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlara təzə paltar biçib-tikir, qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı görürlər.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə süfrəyə daha çox quru meyvə qoyulur.

Sonra Torpaq çərşənbəsi gələcək. Birinci su, ötən həftə isə od çərşənbəsi olmuşdu.

Bu il yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 14:29-da gələcək.