Islam Karimov-un qardaşı oğlunu buraxıblar

Jamshid Karimov

Jurnalist, həm də Özbəkistanın keçmiş prezidenti Islam Karimov-un qardaşı oğlu Jamshid Karimov psixiatrik xəstəxanadan çıxıb. O, bu klinikada 10 il idi saxlanırdı.

J.Karimov-un azadlığa buraxılması haqda məlumatı ATƏT yayıb. Özbəkistan hökuməti bu haqda bir şey demir. ATƏT də jurnalistin azadlıqda olmasını alqışlayıb, amma onun keçmiş prezidentlə qohumluğu, ya da azadlığa çıxdığı tarix barədə bir söz söylənməyib.

J.Karimov hökuməti tənqid edən yazılarına görə tanınırdı. O, bir neçə dəfə döyülmüş, həbsə atılmış, 10 il əvvəlsə psixiatrik klinikaya salınmışdı.

ATƏT Özbəkistanı həbsdə olan bütün jurnalistləri buraxmağa çağırıb.