Qərb rayonlarında yağıntı gözlənir

Yağış

Martın 2-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 2-5, gündüz 8-13, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da, əsasən, yağıntı olmayacağı bildirilir. Lakin axşam bəzi qərb rayonlarında yağıntı gözlənilir. Gecə 0-5, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti təxmin edilir.