“Ağ evdən KİV-lərə informasiya sızmasının arxasında keçmiş prezident Barack Obama və onun ətrafı durur”.
Bunu ABŞ prezidenti Donald Trump Fox News televiziyasına müsahibəsində deyib. Müsahibənin fraqmentləri fevralın 27-də dərc olunub.
Trump bunun ABŞ-ın milli təhlükəsizliyinə ziyan vuran ciddi məsələ olduğunu deyib.
Amma o, məhz nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.
Fevralın 9-da Trump administrasiyasının prezidentin xarici liderlərlə telefon danışıqlarının sızdırılması ilə bağlı məlumatı araşdırdığı bəlli olub.
Ağ evin rəsmi nümayəndəsi Şon Spayser prezidentin yaranmış vəziyyətdən narahat olduğunu bildirib.