Bu gün fevralın 28 -də Xəzər dənizin «Pirsaat daş silsiləsi» ərazisində kişi meyiti tapılıb.
Bu barədə «Azneft» İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar yaradılan Qərargahdan məlumat yayılıb.
Məlumatda qeyd edilir ki, meyiti tapılan şəxsin «Azneft» İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçi olub-olmadığı müəyyənləşdirilir. Mərhumun şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcəyi qeyd edilir.
XATIRLATMA
Ötən il dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində əsən güclü külək «Azneft» İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadasını dənizə uçurmuşdu. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da dənizə salmışdı. Qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər itkin düşmüşdü. İtkin düşənlərdən birinin meyiti fevral ayının əvvəllərində, biri isə ortalarında tapılmışdı. Qalan neftçilərdən hələ də xəbər yoxdur.