Transxəzər nəqliyyat layihələrinin təqdimatı

Xəzər dənizi

Fevralın 28-də Pekində «Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi» forumu keçirilib.

«Xəzər Dəniz Gəmiçiliyi» QSC-dən yayılan xəbərə görə, tədbir Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Gürcüstanın Pekindəki səfirliklərinin təşkilatçılığı ilə gerçəkləşib.

Forumda Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Transxəzər nəqliyyat dəhlizinin imkanları təqdim edilib.

«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev də çıxış edib. O, Azərbaycanın imkanlarından bəhs edib.