Avtomobil sığortası bazarı kiçilib

Avtomobil tıxacı.

Ötən il Azərbaycanda avtomobil sığortası bazarı kiçilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatına görə, yığım 2 faiz azalaraq 103 milyon 830 min manata enib.

2015-ci ildə isə avtomobil sığortasından 105 milyon 675 milyon manat sığorta haqqı toplanmışdı. Ötən il avtomobillərin təmir xərcinə yönəldilən ödənişlər də azalıb. 2015-ci ildə 57 milyon 228 milyon manat ödəniş edilibsə, ötən il bu rəqəm 56 milyon 468 min manat olub.

Buna da bax:​ Azərbaycanda kim, nədən sığortalana bilər?

Ən ciddi azalma kasko sığortada müşahidə edilir. Bu növ üzrə yığımlar 25 faiz azalaraq 21 milyon 260 milyon manat, ödənişlər isə 34 faiz azalaraq 15 milyon 527 milyon manat olub.

Kasko üzrə yalnız nəqliyyat vasitəsinin özü, yəni nəqliyyat vasitəsinin konstruksiyası, gövdəsi sığortalanır.

Buna da bax: 42 sığorta agentinin lisenziyası ləğv edilib

Könüllü mülki məsuliyyət sığortası artıb

Avtomobillərin könüllü mülki məsuliyyət sığortasında isə ötən il yığımlar artıb. Yığımların həcmi 25 faiz artaraq 1 milyon 496 min 223 manat təşkil edib. Bununla belə ödənişlər 34 faiz azalaraq 98 min 298 manat olub.