Təcili Yardım binasında yaşayan Xocalı sakini

20 ildən çoxdur yarımçıq binanın ətrafındakı daxmada yaşayan Xocalı sakinləri nə vaxtsa yeni binaya köçəcəkləri günü gözləyirlər. Vidadi Hüseynov

Vidadi Hüseynov Xocalıda törədilən qırğında bir bacısından başqa bütün ailə üzvlərini itirib. 

Onun və başqa məcburi köçkünlərin sığındığı Təcili Tibbi Yardım binasında valideynlərin çoxu uşaqlarının xəstəliyindən şikayət edir. 

Sakinlər binanın təhlükəli və qəzalı olduğunu deyir

Yarımçıq tikilidə uşaqlar da özlərinə oyun meydançası düzəldib

Valideynlər bildirir ki, uşaqlar binanın açıq, yarımçıq təmirli yerlərindən yıxılaraq xəsarət alıb. 

Sakinlər deyir ki, 20 ildən çoxdur ki, bu binadakı durumla maraqlanan yoxdur. 

Binada yaşayanların bir hissəsini 2-3 il əvvəl Müşfiq və Mehdiabad qəsəbəsinə köçürsələr də boşalan evlərə yenidən məcburi köçkün ailələri yerləşib. 

Məcburi köçkün uşaqları arzu və düşüncələrini binaın divarlarına yazmağı unutmurlar. 

Binanın arxa tərəfi geniş bir zibiliyi xatıradır. 

Yarımçıq binada yaşayan köçkünlər, hər gün buradan köçürülmə ilə bağlı xəbəri alacaqlarına ümid edirlər. 

Binada yaşayanlar artıq ikinci nəsli də da bu binada böyüdəcəklərini düşünürlər və çox üzgündürlər. 

Binanın kanalizasiya sistemini sakinlər özləri çəkib və çirkab suları bu formada binanın bünövrəsinə axıdılır. 

20 ildən çoxdur yarımçıq binanın ətrafındakı daxmada yaşayan Xocalı sakinləri nə vaxtsa yeni binaya köçəcəkləri günü gözləyirlər. 

Uçqun və dağıntı təəssüratı yaradan binanın hər tərəfi  villalarla əhatələnib.