Parlamentdə Xocalı faciəsi müzakirə edilir

Milli Məclis

Bu gün, fevralın 24-ü Azərbaycan Milli Məclisinin Xocalı faciəsinin 25 illiyi münasibəti ilə plenar iclası başlayıb.

APA-nın xəbərinə görə, iclasda «Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar» qərar layihəsi müzakirə olunur.

İclası açıq elan edən spiker Oqtay Əsədov gündəliklə bağlı müzakirələrə yer verib.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.

613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Dünyanın 10-a yaxın ölkəsinin və ABŞ-ın bir çox ştatlarının parlamenti Xocalı faciəsini soyqırımı kimi tanıyıb.