‘Gilan’ın biznesi çiçəklənir

"Gilan" holdinqə aid tikinti.

Holdinq daşınmaz əmlak, mərasimlərin təşkili, idxal və bazarlama üzrə daha üç şirkət qurub.

Vergilər Nazirliyi öz mətbu orqanında - «Vergilər» qəzetinin xüsusi buraxılışında «Gilan Towers» İş Mərkəzinin ünvanında «Real Estate Capital» MMC yaradıldığını açıqlayıb. Şirkətə Akif Əliyev direktor təyin olunub. O, qrupa daxil «Qaya Real Estate» şirkətində inkişaf və investisiya məsələlərinə də cavabdehdir.

Buna da bax:​ Gilan-ın otellərində nə baş verir?

Holdinqin istehlak malları ticarəti üzrə çoxsaylı şirkətləri sırasına daha biri - «STR İmports and Distribution» MMC də əlavə olunub. Şirkətə holdinqin prezidenti Cəmil Muradovun özü rəhbərlik edəcək.

«Events Management Azerbaijan» MMC şirkətinə Elvin İsmayılov direktor təyin olunub. O, həm də qrupun bir neçə şirkətinin («Gilan İnşaat», «Qəbələ Atıcılıq Klubu», «Qəbələ Sport Store», «Gilan Construction and Development») yönəldicisidir.

Buna da bax: 'Gilan' dörd daşınmaz əmlak şirkəti qurub

Birləşdirdiyi, törəməsi olan, eləcə də təsisçilərinə bu və ya digər şəkildə bağlı olan şirkət sayına görə «Gilan» Azərbaycanın ən iri şirkətlər qrupu hesab edilə bilər.

Qeyri-rəsmi hesablamalar qrupa aid şirkət sayının 350-yə çatdığını göstərir.