Bir ailənin 5 üzvü qar uçqununda ölüb

Foto illüstrasiya

Fevralın 23-ü Lerik rayonunda qar uçqunu baş verib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.

Qar yığınının evin üzərinə düşməsi nəticəsində ev uçub. Bir ailənin beş üzvü həlak olub.