Aktyor Tom Hanks hekayələr toplusunu çap etdirəcək

Hollivud aktyoru Tom Hanks.

Amerika aktyoru Tom Hanks ilk kitabı üzərində işlədiyini açıqlayıb. Hekayə toplusu kimi nəzərdə tutulan kitabda aktyorun həyatının müxtəlif illərində fərqli yazı makinələrində yazdığı tam 17 hekayə olacaq. Bu haqda "USA today" qəzeti məlumat yayıb.

Kitab bu ilin oktyabr ayında çap olunacaq. Hanks deyir ki, kitabın üzərində 2015-ci ildən bəri işləməyə başlayıb:

"İki il ərzində Nyu-Yorkda, Berlində, Budapeştdə, Atlantada filmlərə çəkilərkən bir yandan da hekayələrimi yazmışam. Mən press-konfranslardan öncə mehmanxanalarda, tətilimdə, təyyarədə, evdə və ofisdə yazmağa davam edirdim. Özüm üçün asudə vaxt tapan kimi səhər o başdan başlayıb, gecənin yarısına qədər yazmağa davam etmişəm" - deyə Tom Hansk jurnalistlərə deyib.

Buna da bax: Kinoya çevrilmiş məşhur kitablar

60 yaşlı aktyor həmçinin kitaba daxil olan hekayələrdən biri haqda da məlumat verib. O deyib ki, hekayə "vətəndaş mühariəsindən sonra həyatı alt üst olan mühacirin Nyu-Yorka gəlişindən bəhs edir".

Tom Hanks "Yaşıl mil", "Forrest Gump", "Siravi Rayanı xilas etmək", "Sürgün" kimi məşhur filmlərdə oynayıb.