'Akkord'un rəhbəri dəyişdi

"Akkord" şirkətlər qrupunun ofisi.

«Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası» ASC-nin rəhbərliyində önəmli kadr dəyişiklikləri baş verib. Şirkətlər qrupuna yeni baş direktor təyin edilib.

Vergilər Nazirliyinin məlumat bazasında qeyd olunur ki, baş direktor vəzifəsini Bürhan Əhməd oğlu Həmidov daşıyır. Məlumatı korporasiyanın katibliyində AzadlıqRadiosuna təsdiqləyiblər.

Buna da bax:​ 'Akkord' korporasiyası genişlənir

Keçmiş baş direktor...

B. Həmidov «Akkord» korporasiyasında daha öncə də çalışıb. O bu təyinatdan öncə «Akkord Hydrotechnical Construction Company» MMC-yə rəhbərlik edib.

Öncəki baş direktor Göksel Aybek bu vəzifəyə 2012-ci ildə təyin edilmişdi. O, qrupun Müşahidə Şurasındakı dəyişikliklərdən sonra indi həmin şurada təmsil olunur.

Buna da bax: Vergilər nazirliyi ‘Akkord’da: ‘Borcları vermək zamanıdır’

Dörd nəfərdən ibarət Müşahidə Şurasının sədri Kamil Hüseynovdur. Korporasiyaya «VIP Estate» MMC (51 faiz) vasitəsilə Əşrəf Kamilov nəzarət edir.

Xaricdə təmsilçilikləri var

«Akkord» şirkətlər qrupu 2005-ci ildə qurulub. Bu illər ərzində sürətlə böyüyərək, şirkətlər konqlomeratına çevrilib. Hazırda 40-dək zavodu birləşdirən korporasiyaya 30-dan çox şirkət daxildir.

Buna da bax:​ Azərbaycanın məşhur holdinqləri hərəyə bir yeni şirkət qurub

«Akkord» tikinti materialları istehsalı sahəsində və inşaat sektorunda təmsil olunan ən iri şirkətlər qruplarından biridir. Korporasiyanın xaricdə gerçəkləşdirdiyi layihələrlə bağlı bir neçə ölkədə şirkət və təmsilçilikləri var.